Azərbaycan Respublikasının Təhsil İnstitutundan növbəti vebinar: Şagirdi passiv oxucudan aktiv oxucuya çevirən metodik yol xəritəsi

Tarix: 27.02.2026
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi növbəti vebinarda ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbdaxili metodistlər və aparıcı metodistlər iştirak ediblər. “Şagirdi passiv oxucudan aktiv oxucuya çevirən metodik yol xəritəsi” müzakirələri şagirdlərin mətnlə işləmə bacarıqlarının inkişaf etdirilməsi, oxu prosesində fəal iştirakın təmin edilməsi və tətbiqi bacarıqların formalaşdırılması istiqamətində müasir yanaşmalar kimi mövzuları əhatə edib.

Vebinar zamanı:

Mütəxəssislər vurğulayıb ki, aktiv oxu modeli şagirdlərin sadəcə məlumatı qəbul etməsinə deyil, eyni zamanda onu təhlil etməsinə, şərh etməsinə və real həyat situasiyalarında tətbiq etməsinə şərait yaradır. Bu yanaşma funksional savadlılığın artırılmasında mühüm rol oynayır.

Qeyd edək ki, ARTİ-nin Metodik Dəstək Mərkəzi metodistlərin peşəkar kompetensiyalarının gücləndirilməsi və ümumi təhsildə keyfiyyətin yüksəldilməsi məqsədilə bu cür vebinar və digər metodik fəaliyyətlərin təşkilinə xüsusi diqqət ayırır.