Təhsil İnstitutu Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarına peşə ixtisasları üzrə test sualları hazırlayan mütəxəssislər axtarır!

Tarix: 04.03.2026
Paylaş:

 

 

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları üçün peşə ixtisasları üzrə test suallarının tərtib edilməsi məqsədilə mütəxəssislərin seçiminə başlayır.

İnstitut aşağıdakı tələblərə cavab verən ixtisaslı kadrları əməkdaşlığa dəvət edir:

Müraciət qaydası:
Qeyd olunan tələblərə uyğun gələn və müvafiq sahə üzrə imtahan suallarının hazırlanmasında iştirak etmək istəyən namizədlər aşağıdakı elektron keçid vasitəsilə sorğunu dolduraraq müraciət edə bilərlər:

Müraciət Formu: https://forms.gle/GowBZ25NMbJRjXxY7

Son müraciət tarixi: 15 aprel 2026-cı il

Qeyd: Seçilmiş namizədlərlə növbəti mərhələdə əlaqə saxlanılacaq.