9 (10) yaşlı uşaqların oxu bacarıqlarının formalaşdırılmasında mütaliənin rolu

Tarix: 06.03.2026
Paylaş:



Azərbaycan Respublikasının Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin Təhsildə tətbiqi tədqiqatlar şöbəsinin müdiri Leyla Sultanlı və şöbənin aparıcı mütəxəssisi Lalə Hüseynovanın “9 (10) yaşlı uşaqların oxu bacarıqlarının formalaşdırılmasında mütaliənin rolu” (The Role of Reading Outside School and Reading Lessons in Developing the Reading Skills of 9- to 10-Year-Old Children) adlı məqaləsi Taylor & Francis nəşriyyatı tərəfindən yayımlanan beynəlxalq Reading Psychology jurnalında dərc olunub. Jurnal Scopus və Web of Science elmmetrik bazalarında indekslənir.

Məqalədə Azərbaycanda 9–10 yaşlı şagirdlərin oxu bacarıqlarının inkişafında mütaliənin rolu araşdırılıb. Tədqiqatın məqsədi şagirdlərin oxu nailiyyətlərinə təsir edən faktorların müəyyənləşdirilməsidir. Tədqiqat göstərib ki, məktəbdənkənar mütaliəyə münasibət, bu fəaliyyətə ayrılan vaxt, kitabxanadan istifadə tezliyi, evdəki kitab sayı və şagirdlərə oxu materiallarını sərbəst seçmək imkanın verilməsi şagirdlərin oxu nailiyyətlərinə müsbət şəkildə təsir edir.

Tədqiqatın nəticələri digər beynəlxalq araşdırmalarla müqayisə olunaraq, müzakirə edilib.

Məqalə ilə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

DOI: 10.1080/02702711.2026.2630777