Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə texnologiya fənni üzrə vebinar keçiriləcək

Tarix: 10.03.2026
Paylaş:

 

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə martın 11-də saat 15:00-da “Texnologiya fənni üzrə test nümunələrinin izahı” mövzusunda vebinar keçirəcək.

Vebinarın spikeri Bakı şəhəri 21 nömrəli tam orta ümumtəhsil məktəbinin texnologiya müəllimi Arzu Qaraxanovadır.

Vebinar ARTİ-nin rəsmi “Facebook” səhifəsində canlı yayımlanacaq