BilBacar müsabiqəsinin IV “Hazırlıq” mərhələsinə start verildi!

Tarix: 12.03.2026
Paylaş:




Bu gündən etibarən BilBacar müsabiqəsinin IV “Hazırlıq” mərhələsi aktivdir. Bu, 2025-2026-cı tədris ili üzrə BilBacar müsabiqəsinin sonuncu hazırlıq mərhələsidir. Şagirdlər öz BilBacar hesablarına daxil olaraq “Hazırlıq” bölməsində yerləşdirilən sualları cavablandıra bilərlər.

Şagirdlərə iki mətn təqdim olunacaq: bədii və informativ. Onlar bu mətnlər əsasında müxtəlif tipli sualları cavablandıracaqlar. “Hazırlıq” mərhələsi şagirdlərin “Yarış” mərhələsinə daha səmərəli hazırlaşmasına kömək edir.

Qeyd edək ki, BilBacar müsabiqəsinin keçirilməsində məqsəd ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlamaq, təhlil və nəticə çıxarmaq bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.