Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə martın 17-də saat 15:00-da “Tarix fənni üzrə test tapşırıqlarının izahı” mövzusunda vebinar keçirəcək.
Vebinarın spikeri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyinin tədris və elmi işlər üzrə direktor müavini, tarix müəllimi Aygün Rəhimovadır.
Vebinar ARTİ-nin rəsmi “Facebook” səhifəsində canlı yayımlanacaq