Təhsil İnstitutunda Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin təşkilatçılığı ilə fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar üçün növbəti elmi seminar təşkil olunub.
Seminarın spikeri Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor Hümeyir Əhmədov olub. “Elmi məqalələrin dərci və akademik etika” mövzusuna həsr edilən tədbirdə iştirakçılara elmi nəşrlərin hazırlanması qaydaları, beynəlxalq indeksli jurnallarda dərc tələbləri, istinad sistemləri və akademik dürüstlük prinsipləri barədə ətraflı məlumat verilib.
Eyni zamanda seminar çərçivəsində plagiat hallarının qarşısının alınması, müəllif hüquqlarının qorunması və etik normalara riayət olunmasının əhəmiyyəti xüsusi vurğulanıb. Mövzu ətrafında interaktiv müzakirələr aparılıb, doktorantları maraqlandıran suallar cavablandırılıb.