Beynəlxalq olimpiadalara hazırlıq məqsədilə riyaziyyat fənni üzrə intensiv dərslərə cəlb olunan şagirdlər arasında yarış təşkil olunub

Tarix: 19.03.2026
Paylaş:

Riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq məqsədilə intensiv dərslərə cəlb olunan şagirdlər arasında KAIST universitetinin tələbəsi Elçin Musazadənin rəhbərliyi ilə yarış təşkil olunub.

Yarışın təşkilində məqsəd şagirdlərin məntiqi düşünmə, analitik təhlil və problem həll etmə bacarıqlarını inkişaf etdirmək, həmçinin onların rəqabət mühitində öz bilik və bacarıqlarını sınamalarına şərait yaratmaqdır.

Yarış çərçivəsində iştirakçılara müxtəlif çətinlik dərəcələrinə malik olimpiada tipli suallar təqdim olunur. Şagirdlər həm fərdi, həm də komanda şəklində mübarizə apararaq öz nəticələrini nümayiş etdirirlər. Bu proses onların biliklərini möhkəmləndirməsinə, eyni zamanda vaxtın düzgün idarə olunması və strategiya qurma kimi vacib bacarıqları inkişaf etdirməsinə kömək edir.