Əziz məktəblilər, “Zəkaların mübarizəsi II” olimpiadası başlayır!

Tarix: 31.03.2026
Paylaş:



Əziz məktəblilər, “Zəkaların mübarizəsi II” olimpiadası başlayır!

Bu olimpiadada riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət üzrə biliklərinizi sınaqdan çıxara bilərsiniz. Həm də dostlarınızla birlikdə. Çünki “Zəkaların mübarizəsi” komanda yarışıdır!

Keçən il bu bilik yarışının finalında Bakı və regionlardan 18 komanda, 108 məktəbli iştirak edib. Şahmat turnirinin finalında da 18 komanda yarışıb.

“Zəkaların mübarizəsi” məktəbli intellektualların komanda ruhu göstərdiyi olimpiadadır. Zəkalar birləşəndə əsl bilik festivalı başlayır. 

Olimpiadada iştirak qaydaları ilə bağlı əlavə məlumat veriləcək.