Beynəlxalq Olimpiada Mərkəzinin dinləyiciləri üçün Şəmkirdə düşərgə təşkil edilib

Tarix: 31.03.2026
Paylaş:

24-28 mart tarixlərində Şəmkir şəhərində yerləşən kimya-biologiya təmayüllü lisey Beynəlxalq Olimpiada Mərkəzinin dinləyicilərini qəbul edib.

Düşərgə proqram çərçivəsində iştirakçılar həm nəzəri, həm də praktiki məşğələlərə cəlb ediliblər. Dərslər komanda rəhbərləri və təcrübəli olimpiadaçılar tərəfindən aparılıb. Məşğələlər zamanı mürəkkəb məsələlərin həlli üsulları üzərində işlənilib, şagirdlərin analitik düşünmə və problem həlletmə bacarıqlarının inkişafına xüsusi diqqət yetirilib. Praktiki tapşırıqlar isə iştirakçıların əldə etdikləri bilikləri tətbiq etmələrinə imkan yaradıb.

Düşərgə müddətində şagirdlər arasında komanda işi, elmi müzakirələr və müxtəlif formatlı yarışlar təşkil olunub. Eyni zamanda, əvvəlki illərin olimpiada qalibləri ilə görüşlər keçirilib. Qaliblər öz hazırlıq strategiyalarını, yarış təcrübələrini və qarşılaşdıqları çətinlikləri bölüşüb, uğur qazanmaq üçün vacib olan bilik və bacarıqlar barədə tövsiyələr veriblər.