Kenquru Müsabiqəsi bütün dünyada məktəblilərin həvəslə qoşulduğu riyaziyyat festivalıdır. Hazırda 90-dan çox ölkədə eyni vaxt çərçivəsində keçirilir. Hər il milyonlarla şagirdin öz riyazi biliklərini və məntiqi düşünmə qabiliyyətini sınamaq üçün yaradılmış bu platforma ilk dəfə 1991-ci ildə Fransada Sərhədsiz Kenquru Assosiasiyası tərəfindən rəsmiləşdirilib. Azərbaycanda isə 2018-ci ildən Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən təşkil olunur.
Kenquru Müsabiqəsi klassik olimpiadalardan fərqli olaraq, şagirddən çətin düsturlar əzbərləməyi deyil, məntiqi təfəkkür, analiz və yaradıcı yanaşma tələb edir. Suallar çətinlik dərəcəsinə görə asandan çətinə doğru sıralanır. Yəni riyazi biliklərin istənilən səviyyəsini bu müsabiqədə sınamaq mümkündür. Odur ki, bizə qoşulun, riyaziyyatın və məntiqin maraqlı dolanbaclarında necə manevr edə bildiyinizi göstərin!
Birlikdə həll edək, öyrənək, əylənək!