Şahmat Həlletməsi üzrə 45-ci Azərbaycan Çempionatı başa çatıb. Sumqayıt Şahmat Məktəbində keçirilmiş Çempionat həm də WFCC-nin (Beynəlxalq Şahmat Kompozisiyası Federasiyası) Dünya Kubokunun 9-cu mərhələsi olub.
Qələbə uğrunda Bakı, Sumqayıt, Gəncə, Qəbələ, İsmayıllı və Lerikdən 44 şahmatçı mübarizə aparıb. Qaliblər arasında ARTİ-nin əməkdaşı Aqşin Məsimov da var. O, veteranlar arasında 58 xalla I yeri tutub.
Əməkdaşımızı təbrik edir, yeni uğurlar arzulayırıq!