Azərbaycan Respublikasının Təhsil İnstitutu Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin rəhbəri, filologiya elmləri doktoru Aynur Paşayevanın “XV əsr Azərbaycan ədəbi dili” adlı monoqrafiyası işıq üzü görüb.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsində ərsəyə gələn bu fundamental əsərdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin mövcud olduğu dövrdə Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsi, Təbriz şivəsinin ədəbi dilin formalaşmasındakı rolu və dövrün görkəmli şairlərinin yaradıcılığındakı dil xüsusiyyətləri geniş şəkildə analiz edilir.
XV əsrə aid orijinal əlyazmalar və bədii nümunələr əsasında dilin fonetik sisteminin, leksik tərkibi və qrammatik quruluşunun elmi-linqvistik təhlillərlə təqdim edildiyi bu zəngin vəsait həm dilçi-türkoloqlar və gənc tədqiqatçılar, həm də klassik irsimizin dil təkamülü ilə maraqlanan geniş oxucu kütləsi üçün dəyərli bir mənbədir.
Aynur xanımı təbrik edir, daha böyük elmi nailiyyətlər arzulayırıq!