Fiziki tərbiyə fənni üzrə “Sağlam həyat tərzi” mövzusunda vebinar keçiriləcək

Tarix: 14.04.2026
Paylaş:



Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə aprelin 16-da saat 16:00-da fiziki tərbiyə fənni üzrə “Sağlam həyat tərzi” mövzusunda vebinar keçirəcək.

Vebinarın spikeri Avropa Azerbaycan Məktəbinin Fiziki tərbiyə və sağlamlıq kafedrasının müəllimi, İB CAS və DofE layihə koordinatoru, “İlin müəllimi“ musabiqəsinin qalibi Cəmil Dadaşovdur.

Vebinar ARTİ-nin rəsmi “Facebook” səhifəsində canlı yayımlanacaq.