Məktəbin İnkişaf Planına həsr olunmuş vebinar keçirilib

Tarix: 17.04.2026
Paylaş:

Aprelin 16-da Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 2025–2026-cı tədris ili ərzində keyfiyyət monitorinqi aparılmış ümumi təhsil müəssisələrinin rəhbər heyəti nümayəndələri üçün onlayn vebinar keçirilib. Vebinar ARTİ-nin Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin Təhsil proseslərində keyfiyyət monitorinqi şöbəsinin baş mütəxəssisi Xəzər Əkbərlinin təqdimatı əsasında “Məktəbin inkişaf planı” mövzusuna həsr olunub.
Tədbirin əsas məqsədi ümumi təhsil müəssisələrində Məktəbin İnkişaf Planının (MİP) mahiyyəti və strukturuna dair aydın anlayışın formalaşdırılması və onun hazırlanması prosesinə sistemli yanaşmanı nümayiş etdirmək, həmçinin məktəblərdə strateji planlaşdırma bacarıqlarının inkişafına, məktəb səviyyəsində keyfiyyətin yüksəldilməsinə və idarəetmədə nəticəyönümlü yanaşmanın tətbiqinə töhfə verməkdir.