Təhsil İnstitutunun Metodik xidmətin təşkili və monitorinqi şöbəsinin əməkdaşı Cəlalə Abdulmanafovanın “Azərbaycan Məktəbi” jurnalında “Təhsildə keyfiyyətin təmin olunmasında monitorinqin rolu: müasir yanaşmalar və səmərəli vasitələr” adlı məqaləsi dərc olunub.
Məqalədə təhsil sahəsində keyfiyyətin təmin olunmasında monitorinqin rolu, müasir yanaşmalar və səmərəli vasitələr sistemli şəkildə təhlil olunub. Monitorinqin yalnız nəzarət vasitəsi deyil, eyni zamanda strateji idarəetmə aləti kimi əhəmiyyəti vurğulanıb. Ənənəvi metodlarla yanaşı, data əsaslı qərarvermə, rəqəmsallaşma, iştirakçılıq və real vaxt izləmə kimi müasir yanaşmaların tətbiqi monitorinqin səmərəliliyini artıran əsas faktorlar kimi göstərilib. Eyni zamanda müxtəlif indikatorlar, elektron platformalar və sorğu vasitələrinin rolu analiz edilib. Məqalənin sonunda monitorinq sistemlərinin təkmilləşdirilməsi üçün konkret tövsiyələr irəli sürülüb.
Məqalə ilə tanış olmaq üçün aşağıdakı keçidə baxa bilərsiniz:
Təhsildə keyfiyyətin təmin olunmasında monitorinqin rolu: müasir yanaşmalar və səmərəli vasitələr