Təhsil İnstitutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən həyata keçirilən “Həmkardan həmkara öyrənmə” proqramı çərçivəsində 17 aprel 2026-cı il tarixində “Tədqiqat və akademik etika” mövzusunda növbəti təlim baş tutub. Təlim ARTİ-nin Təhsildə tətbiqi tədqiqatlar şöbəsinin müdiri Leyla Sultanlı tərəfindən həyata keçirilib.
Təlim çərçivəsində akademik dürüstlüyün pozulması halları, bu halların qarşısının alınması istiqamətində həyata keçirilməli olan tədbirlər, yırtıcı jurnallar barədə məlumat, eləcə də istifadə olunan mənbələrə tənqidi yanaşma kimi mühüm mövzular əhatə olunub. Təlim müddətində iştirakçılar nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlara da cəlb ediliblər.
ARTİ Həmkarlar İttifaqı Komitəsi tərəfindən “Həmkardan həmkara öyrənmə” proqramının il ərzində davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.