Beynəlxalq Mendeleyev Olimpiadasında (IMChO 2026) məktəblilərimizin qazadığı uğur

Tarix: 23.04.2026
Paylaş:



Rusiyanın Moskva şəhərində keçirilən 60-cı Beynəlxalq Mendeleyev Olimpiadasında şagirdlərimiz 3 bürünc medal qazanıblar. 35 ölkədən 200 məktəblinin iştirak etdiyi bu nüfuzlu müsabiqədə Bakı şəhər Kimya-biologiya təmayüllü respublika liseyinin 11-ci sinif şagirdi Zaur Hacızadə, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 11-ci sinif şagirdi Elman Kərimli və Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Yaqub Baratlı fərqləniblər.

Gənc kimyaçılarımızı təbrik edir, onlara yeni uğurlar arzulayırıq!