Aprelin 27-də ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində 2026-cı il 15-20 iyun tarixlərində Rumıniyada keçiriləcək Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasına (JBMO 2026) seçim imtahanı təşkil olunub.
İmtahan zamanı şagirdlər 4 saat ərzində sözügedən olimpiadaya uyğun açıq tipli sualları cavablayıblar. Seçim imtahanı beynəlxalq olimpiadalara hazırlıq prosesinə fənn üzrə ən yüksək nəticə göstərən şagirdləri cəlb etmək üçün keçirilib.
Bütün iştirakçılara uğurlar arzulayırıq!