Xarici elmi platformada akademik heyətin Azərbaycan universitetlərində AI tətbiqinə münasibətini təhlil edən araşdırma yayımlanıb

Tarix: 30.04.2026
Paylaş:

 

ARTİ-nin şöbə müdiri, pedaqogika elmləri doktoru, professor Hümeyir Əhmədovun Scopus indeksli “European Journal of STEM Education” (Lectito Publishing, The Netherlands) jurnalında bir neçə həmkarı ilə birlikdə elmi məqaləsi yayımlanıb. “Azərbaycanın ali təhsil sistemində generativ süni intellektdən istifadəyə akademik heyətin münasibəti” adlı məqalədə Azərbaycan universitetlərində süni intellektin (Generative AI) tətbiqinə müəllimlərin yanaşması, mövcud imkan və çağırışlar elmi əsaslarla təhlil edilir. Nəticələr göstərir ki, Sİ-nin təhsildə potensialı yüksək qiymətləndirilsə də, tətbiq səviyyəsi və institusional dəstək hələ formalaşma mərhələsindədir. Hazırda müzakirə edilən əsas məqamlar süni intellektin təhsildə artan rolu, müəllimlərin AI texnologiyalarına münasibəti, akademik və etik problemlər, həmçinin gələcək rəqəmsal təhsil strategiyalarıdır.

Qeyd edək ki, “European Journal of STEM Education” jurnalı qlobal akademik auditoriya üçün nəzərdə tutulmuş resenziyalı (peer-reviewed) elmi jurnaldır və STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahəsində innovativ təhsil yanaşmaları və müasir tədqiqatları əhatə edir.

Məqaləni oxumaq üçün aşağıdakı linkə keçə bilərsiniz: https://doi.org/10.20897/ejsteme/18310