Təhsil İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə aprelin 29-da “Sağlam psixososial iş mühitinin yaradılması” mövzusunda növbəti maarifləndirici təlim baş tutub. Təlim insan resurslarının idarə edilməsi sahəsində onillik təcrübəsi olan, “Azərpoçt” MMC-də insan resursları üzrə biznes tərəfdaşı vəzifəsində çalışan, “Yüksəliş” müsabiqəsinin eksperti Vüsalə İsmayılova tərəfindən həyata keçirilib.
İştirakçılar təlim çərçivəsində sağlam sosial mühitin əhəmiyyəti, təməl daşları, eyni zamanda sağlam sosial mühitə zərər verə biləcək amillər haqqında faydalı məlumatlar əldə ediblər. Oyunlar və interaktiv fəaliyyətlər vasitəsilə əldə olunan biliklər praktik təcrübə ilə möhkəmləndirilib.