Aprelin 22, 23, 28, 30-da ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində 2026-cı il 10-21 iyul tarixlərində Çində keçiriləcək Beynəlxalq Riyaziyyat Olimpiadasına (IMO 2026) seçim imtahanı təşkil olunub.
İmtahan zamanı şagirdlər 4 saat 30 dəqiqə ərzində sözügedən olimpiadaya uyğun açıq tipli sualları cavablayıblar. Seçim imtahanı beynəlxalq olimpiadalara hazırlıq prosesinə fənn üzrə ən yüksək nəticə göstərən şagirdləri cəlb etmək üçün keçirilib.
Bütün iştirakçılara uğurlar arzulayırıq!