Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə mayın 6-da saat 15:00-da “Fiziki tərbiyə fənni üzrə çeviklik və dözümlülük qabiliyyətlərinə aid test tapşırıqlarının izahı” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində Akademik Zərifə Əliyeva adına liseyin fiziki tərbiyə müəllimi, “Qabaqcıl təhsil işçisi” və “Ən yaxşı müəllim” adlarının sahibi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi üzrə eksperti Hüseyn Hüseynov çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsində canlı yayımlanacaq.