Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 6 may saat 16:00-da “Musiqi fənni üzrə test tapşırıqlarının izahı” mövzusunda vebinar keçirəcək.
Vebinarın spikeri Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin musiqi müəllimi Reyhan Yaqubovadır.
Vebinar ARTİ-nin rəsmi “Facebook” səhifəsində canlı yayımlanacaq.