Beynəlxalq Biologiya Olimpiadasına seçim imtahanı keçiriləcək

Tarix: 13.05.2026
Paylaş:



Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdləri müəyyənləşdirmək üçün seçim imtahanı keçiriləcək. İmtahanda Respublika Fənn Olimpiadalarının qalibi olmuş 9–11-ci sinif şagirdləri iştirak edə bilərlər.

Seçim imtahanı 16 may 2026-cı il tarixində Təhsil Texnologiyaları Mərkəzində baş tutacaq.

İmtahan iki seansdan ibarət olacaq. Seanslar arasında fasilə veriləcək.

• I seans — saat 10:00
• II seans — saat 14:00

İmtahana mütləq şəxsiyyət vəsiqəsi ilə gəlmək lazımdır. İştirakçılar imtahana xətkeş və elmi kalkulyator gətirməlidirlər. İmtahanda spektrofotometriya metodu ilə bağlı tapşırıqlar olacaq, iştirakçılara tövsiyə edilir ki, bu metodu araşdırsınlar.

Gənc bioloqlarımıza uğurlar arzulayırıq!