Mayın 2-də keçirilmiş Respublika Fənn Müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının yarımfinal mərhələlərinin nəticələri elan edilib.
Şagirdlər portal.edu.az platformasındakı şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.
Yarımfinal mərhələsinin nəticələri ilə bağlı müraciətlər üç iş günü ərzində — 15 may saat 17:00-dək qəbul edilir. Müraciətlər office@arti.edu.az elektron ünvanına yazılı şəkildə göndərilməlidir.
Final mərhələsi 31 may 2026-cı il tarixində keçiriləcək. Bu mərhələdə şagirdlərə müvafiq istiqamətlər üzrə açıq və yarımqapalı tapşırıqlar təqdim ediləcək.