“Tarix fənni üzrə test tapşırıqlarının izahı” mövzusunda vebinar keçiriləcək

Tarix: 14.05.2026
Paylaş:

 

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 15 may saat 15:00-da “Tarix fənni üzrə test tapşırıqlarının izahı” mövzusunda vebinar keçirəcək.

Vebinarın spikeri Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin tarix müəllimi Zamiq Əliyevdir.

Vebinar ARTİ-nin rəsmi “Facebook” səhifəsində canlı yayımlanacaq.