Respublika Fənn Müsabiqələrinin final mərhələsinə keçid balları açıqlandıqdan sonra Azərbaycan Respublikası Təhsil İnstitutuna çoxlu sayda müraciət daxil olub.
Müraciətlərə cavab olaraq bildiririk ki, fənn müsabiqələri müxtəlif fənlər üzrə təşkil olunduğundan, hər bir istiqamət üzrə iştirakçı sayı, tapşırıqların xüsusiyyətləri, nəticələrin ümumi statistik göstəriciləri və iştirakçıların performans səviyyəsi bir-birindən fərqlənir. Bu səbəbdən yarımfinal mərhələsinin nəticələrinə əsasən final mərhələsinə keçid balları da fənlər üzrə eyni olmaya bilir.
Keçid balları müəyyən edilərkən hər bir fənn üzrə:
kimi meyarlar nəzərə alınır.
Bu yanaşma beynəlxalq və yerli qiymətləndirmə təcrübəsinə uyğun olaraq tətbiq edilir və məqsəd hər bir fənn üzrə ən yüksək nəticə göstərən iştirakçıların növbəti mərhələyə vəsiqə qazanmasını təmin etməkdir.
Bir daha diqqətə çatdırırıq ki, fərqli fənlər üzrə keçid ballarının fərqli olması hər hansı üstünlük və ya ayrı-seçkilik deyil, müsabiqənin qiymətləndirmə mexanizminin və statistik nəticələrinin təbii göstəricisidir.
Müsabiqədə iştirak edən bütün şagirdlərə uğurlar arzulayırıq.