4-cü və 6-cı siniflərin sual kitabçalarında tapşırıqlar necə veriləcək?

Tarix: 19.05.2026
Paylaş:

 

 

Dövlət ümumtəhsil müəssisələrinin 4-cü siniflərində monitorinq tədris dili (oxu) və riyaziyyat, 6-cı siniflərində isə tədris dili (oxu), təbiət və riyaziyyat fənləri üzrə təşkil olunur. 4-cü siniflərdə ümumilikdə 60, 6-cı siniflərdə isə ümumilikdə 75 tapşırıq təqdim edilir.

Monitorinq prosesində 4-cü siniflər:

Tədris dili (oxu) fənni üzrə ümumilikdə 30 tapşırıq verilir. Bu tapşırıqlar sual kitabçasının 1-30-cu tapşırıqlarını əhatə edir. Həmin tapşırıqlardan 3-ü şagirdlərin sözləri tanıma bacarıqlarının qiymətləndirilməsinə xidmət edir. Digər 27 tapşırıq isə iki mətn əsasında tərtib olunur və bunlardan 2-si (hər mətndə 1 tapşırıq olmaqla) açıq yazılı tipli tapşırıq formasındadır. Tədris dili üzrə sual kitabçalarında 16-cı və 30-cu tapşırıqlar açıq yazılı tipli tapşırıqlardır.

Riyaziyyat fənni üzrə isə ümumilikdə 30 tapşırıq təqdim olunur. Bu tapşırıqlar sual kitabçasının 31-60-cı tapşırıqlarını əhatə edir. Sözügedən tapşırıqlardan 25-i qapalı tipli, 5-i isə açıq tipli tapşırıqlardır. Açıq tipli tapşırıqların 3-ü həlli tələb olunmayan açıq kodlaşan tipli, 2-si isə həlli tələb olunan açıq yazılı tipli tapşırıqlardan ibarətdir. Riyaziyyat fənni üzrə sual kitabçalarında 40-cı və 57-ci tapşırıqlar açıq yazılı tipli tapşırıqlardır.

Monitorinq prosesində 6-cı siniflər:

Tədris dili (oxu) fənni üzrə isə 4-5 mətn əsasında hazırlanmış ümumilikdə 25 tapşırıq təqdim olunur. Bu tapşırıqlar sual kitabçasının 1-25-ci tapşırıqlarını əhatə edir. Həmin tapşırıqlardan 23-ü qapalı tipli, 2-si isə açıq yazılı tipli tapşırıq formasındadır. Tədris dili üzrə sual kitabçalarında 13-cü və 25-ci tapşırıqlar açıq yazılı tipli tapşırıqlardır.

Təbiət fənni üzrə ümumilikdə 25 qapalı tipli tapşırıq təqdim olunur. Bu tapşırıqlar sual kitabçasının 26-50-ci tapşırıqlarını əhatə edir.

Riyaziyyat fənni üzrə ümumilikdə 25 tapşırıq təqdim olunur. Bu tapşırıqlar sual kitabçasının 51-75-ci tapşırıqlarını əhatə edir. Bu tapşırıqlardan 20-si qapalı tipli, 5-i isə açıq tipli tapşırıqlardır. Açıq tipli tapşırıqların 3-ü həlli tələb olunmayan açıq kodlaşan tipli, 2-si isə həlli tələb olunan açıq yazılı tipli tapşırıqlardan ibarətdir. Riyaziyyat fənni üzrə sual kitabçalarında 60-cı və 72-ci tapşırıqlar açıq yazılı tipli tapşırıqlardır.