
ARTİ 2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir. Qəbul 19 may – 9 iyun müddətində həyata keçiriləcək.
Doktoranturaya qəbul olunmaq istəyən şəxslər https://portal.edu.az veb səhifəsində qeydiyyatdan keçməli və tələb olunan sənədləri portala yükləməlidirlər. Sənədlər qəbul komissiyası tərəfindən yoxlanılır və namizədlərin ixtisas uyğunluğu müəyyən edilir.
Sənəd qəbulu zamanı nəzərdə tutulan elmi rəhbərin yazılı razılığı qəbul komissiyasına təqdim olunmalıdır. Elmi rəhbərin rəyi və digər təqdim edilmiş sənədlər əsasında namizədlərin imtahana buraxılması barədə qərar qəbul edilir.
Qəbul imtahanlarının aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:
•Qəbul imtahanlarının aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:
• Xarici dil imtahanı: 25 iyun 2026-cı il (Dövlət İmtahan Mərkəzi)
• Fəlsəfə fənni üzrə imtahan: 1–3 sentyabr 2026-cı il
• İxtisas imtahanı: 8–10 sentyabr 2026-cı il
Qeyd edək ki, ARTİ bu il “Sabah” proqram əsasında aparacaq. “Sabah” proqramı pilot layihə kimi tətbiq olunan tədris əsaslı doktorantura təhsilidir. Qəbul yalnız əyani təhsilalma forması üzrə və dövlət sifarişi əsasında aparılır. Normativ təhsil müddəti 4 ildir. Buraya ixtisas üzrə fənlərin tədrisi, ixtisas imtahanları, dissertasiyanın hazırlanması və müdafiəsi mərhələləri daxildir. “Sabah” proqramı çərçivəsində ixtisasa qəbul olunan doktorantlara təhsil müddəti ərzində yüksək məbləğdə aylıq təqaüdün verilməsi və ali təhsil müəssisəsində rəsmi əmək müqaviləsi əsasında əməkhaqqı ödənilməklə elmi-pedaqoji fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur.
Qəbul qaydaları haqqında əlavə məlumat
Əlavə 2 – çap olunmuş elmi əsərlərin siyahısı
Əlavə 3 – elmi rəhbər razılıq sənədi
Ətraflı məlumat üçün:
+994 12 493 82 71
+994 12 599 08 08 daxili (6209) (6236)