“Azercell CUP” proqramlaşdırma müsabiqəsi informatika dahilərini gözləyir!

Tarix: 21.05.2026
Paylaş:

 

 

Ümumtəhsil məktəblərinin 6-cı və 7-ci sinif şagirdləri, həmçinin xarici ölkələrdə təhsil alan 12-13 yaşlı Azərbaycan vətəndaşı məktəblilər, rəqəmsal dünyanın sirlərini daha dərindən öyrənmək və öz istedadınızı nümayiş etdirmək istəyirsinizsə, bu müsabiqə sizin üçündür. Qeydiyyat artıq başlayıb!

Qeyd edək ki, “Azercell CUP” müsabiqəsi Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı və “Azercell Telekom” MMC-nin dəstəyi ilə keçirilir.