
Londonda Dünya Təhsil Forumu çərçivəsində ISESCO tərəfindən keçirilən “Təhsil Sistemlərinin Transformasiyasına dair III Dialoq”unda Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev iştirak edib.
Dialoq “Texnologiya, süni intellekt və hərtərəfli yanaşmalar vasitəsilə fundamental öyrənmənin inkişafı və təhsil sistemlərinin transformasiyası” mövzusuna həsr olunub. Sessiyada ISESCO-ya üzv dövlətlərin aparıcı təhsil rəsmiləri ümumi təhsilin sistem səviyyəsində yenilənməsi, fundamental öyrənmənin gücləndirilməsi, texnologiya və süni intellektin tədris keyfiyyətinin artırılmasında tətbiqi məsələlərini müzakirə ediblər.
Elnur Əliyev Azərbaycanın bu sahədə gördüyü işlər barədə tədbir iştirakçılarına məlumat verib. Tərəflər BMT-nin Davamlı İnkişaf üzrə 2030 Gündəliyinin təhsil hədəflərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.