Bakı məktəblərinin direktorları üçün “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” mövzusunda seminarlara başlanılıb

Tarix: 22.06.2022
Paylaş:

ARTİ MDPİM tərəfindən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin direktorları üçün “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” mövzusunda seminarlara başlanılıb.

Seminarların keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində təşkil olunan peşəyönümü xidməti ilə bağlı məktəb rəhbərlərini maarifləndirmək, eyni zamanda məktəbin pedaqoji heyəti, valideyn və şagirdlərlə bu istiqamətdə görüləcək işləri müəyyənləşdirməkdir.

Qeyd edək ki, məktəb direktorları üçün təşkil edilən seminarlar 16 iyun tarixindən etibarən keçirilir və peşəyönümü işin təşkili ilə bağlı bu tipli seminarların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.