Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (fiziki tərbiyə, musiqi, tarix, təsviri incəsənət, texnologiya) dəstək məqsədilə “MS TEAMS” platformasında sınaq imtahanı təşkil olunacaq.
Sınaq imtahanının səhifəsi 3 iyun tarixində saat 10:00-dan başlayaraq 20:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq.
Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı bitən kimi nəticəniz avtomatik olaraq ekranda görünəcək.
Qeyd: Hörmətli müəllimlər, sınaq imtahanında iştirak etmək üçün 1, 2 iyun tarixlərində virtual məktəbdəki (TEAMS) mövcud qrupunuza daxil olub sizə dəvət gəldiyindən əmin olun. Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı üçün qeyd edilən tarixə qədər qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi mütləqdir.