Gənc tədqiqatçılara və doktorantlara elmi-tədqiqat fəaliyyətlərində dəstək göstərmək məqsədilə ARTİ-nin Təhsildə tətbiqi tədqiqatlar şöbəsi tərəfindən “Tədqiqat mövzusuyla bağlı tez-tez verilən suallar” mövzusunda (FAQ) təlimat sənədi hazırlanıb.
Hazırlanan “Tədqiqat mövzusuyla bağlı tez-tez verilən suallar” təlimat sənədi elmi-tədqiqat mövzularının akademik qaydalara uyğun şəkildə müəyyənləşdirilməsi, mövzu müəyyənləşdirilərkən diqqət edilməsi vacib məqamlar kimi mühüm məsələlərlə bağlı suallara cavab tapmağa kömək edəcək.
Bu təşəbbüsün əsas məqsədi tədqiqata yeni başlayan tədqiqatçılara düzgün istiqamət vermək, onların elmi fəaliyyətlərini daha keyfiyyətli və sistemli şəkildə qurmasına dəstək olmaqdır.
Aşağıdakı keçidə daxil olaraq təlimat sənədi ilə tanış ola bilərsiniz:
Tədqiqat mövzusuyla bağlı tez-tez verilən suallar