
2025/2026-cı tədris ili üzrə Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimləri 9–11 iyun 2026-cı il tarixlərində keçiriləcək. Mükafatların təqdim edilməsi aşağıdakı universitetlərdə baş tutacaq:
9 iyun 2026-cı il
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Kimya
Fizika
Biologiya
10 iyun 2026-cı il
ADA Universiteti
Riyaziyyat
İnformatika
11 iyun 2026-cı il
Bakı Dövlət Universiteti
Azərbaycan dili
Coğrafiya
Tarix
Bütün tədbirlər saat 16:00-da başlayacaq. Qalib şagirdlərin tədbir məkanında ən gec saat 15:00-da, ADA Universitetində keçiriləcək mərasim iştirakçılarının isə universitet turu ilə əlaqədar olaraq ən gec saat 14:30-da olmaları xahiş edilir.
Şagirdlər tədbirdə məktəbli formasında iştirak etməlidirlər. Tədbir məkanlarına giriş şəxsiyyət vəsiqəsi əsasında mümkün olacaq.