Respublika Fənn Müsabiqələrinin yekun nəticələri açıqlandı!

Tarix: 16.06.2026
Paylaş:

 

 

Mayın 31-də keçirilmiş Respublika Fənn Müsabiqələrinin yekun nəticələri elan olunub.

Şagirdlər https://fenn-musabiqeleri2026.onrender.com/ platformasında ÜTİS kodları vasitəsilə daxil olub şəxsi kabinetlərində yekun nəticələrlə tanış ola bilərlər.

Qeyd edək ki, ilkin nəticələrlə bağlı müraciətlər 10 iyun saat 12:00-dək qəbul edilib. Daxil olan bütün müraciətlər araşdırılaraq cavablandırılıb. Müraciətlərin nəticələri nəzərə alındıqdan sonra istiqamətlər üzrə yekun nəticələr formalaşdırılıb. Beləliklə:

Nəticələr növbəti həftə ərzində şagirdlərin portal.edu.az platformasındakı şəxsi kabinetlərində də əks olunacaq.

Respublika Fənn Müsabiqələrinin qalibi olmuş və təhsilini lisey, yaxud gimnaziyada davam etdirmək istəyən şagirdlər 1 iyul 2026-cı il tarixinədək Azərbaycan Respublikasının Təhsil İnstitutunun elektron poçtuna (office@arti.edu.az) ərizə ilə müraciət etməlidirlər. Daxil olmuş müraciətlər müvafiq ümumtəhsil müəssisələrində mövcud vakansiyalar, eləcə də şagirdin qalib olduğu fənn istiqaməti nəzərə alınmaqla qiymətləndiriləcək və nəticəsi barədə müraciət edənlərə məlumat veriləcək.

Bütün qalibləri təbrik edirik!