Coğrafiyaçı məktəblililərimiz Moskvadan medallarla dönüblər

Tarix: 24.06.2026
Paylaş:



19-22 iyun tarixlərində Moskvada təşkil olunan II Beynəlxalq Açıq Coğrafiya Olimpiadası (II International Open Geography Olympiad) şagirdlərimiz üçün uğurlu olub. 25 ölkədən 125 iştirakçının iştirak etdiyi olimpiadada məktəblilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar.

Gümüş medal:
Məryəm Quluzadə – 14 nömrəli tam orta məktəb, 10-cu sinif

Bürünc medallar:
Yəhya Əhməd – Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, 10-cu sinif
Məhəmməd Abdulla – Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyi, 9-cu sinif

Gənc coğrafiyaçılarımızı təbrik edir, daha böyük uğurlar arzulayırıq!