İyunun 30-da Bakı şəhərində, həmçinin respublikanın bəzi bölgələrində lisey və gimnaziyaların 7-ci sinfinə mərkəzləşdirilmiş qəbul imtahanları keçirilib.
İmtahanlar 41 imtahan mərkəzində təşkil olunub.
Qəbul imtahanları müəyyən edilmiş təlimata uyğun şəkildə təşkil olunub. İştirakçılara dil qaydaları, oxuyub-anlama bacarıqları və riyazi təfəkkürü qiymətləndirən ümumilikdə 60 tapşırıq təqdim edilib. Tapşırıqların yerinə yetirilməsi üçün şagirdlərə 150 dəqiqə vaxt verilib.
İmtahan nəticələrinin növbəti həftə ərzində elan olunması nəzərdə tutulur.
Kitabçalar:
Lisey və gimnaziyalara qəbul_A variantı_2026
Lisey və gimnaziyalara qəbul_B variantı_2026
Lisey və gimnaziyalara qəbul_2026_rus