2023-cü ildən etibarən Moskva Fizika və Texnologiya İnstitutu tərəfindən təşkil olunan Beynəlxalq Elmi Fizika Olimpiadası (ISPhO) bu il ilk dəfə tam onlayn formatda keçirilib. Əvvəlki illərdə Moskva şəhərində təşkil edilən olimpiada cari ildə müxtəlif ölkələrdən iştirakçıların məsafədən qoşulması ilə reallaşdırılıb.
ISPhO 2026-da 26 ölkədən 130 şagird iştirak edib. Olimpiadanın məqsədi fizika sahəsində istedadlı məktəbliləri bir araya gətirmək, onların nəzəri və eksperimental biliklərini beynəlxalq səviyyədə sınamaq və elmi yaradıcılığa marağı təşviq etməkdir.
Bu il şagirdlərimiz olimpiadada iştirak edərək aşağıda qeyd edilən uğurları əldə edib.
Bəxtiyar Ağayev – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi- bürünc medal
Məhəmməd Cəfərli – Bakı şəhər Texniki-humanitar liseyin 11-ci sinif şagirdi- bürünc medal
Murad Xəlil – Bakı şəhər Bakı Türk Liseyinin 11-ci sinif şagirdi – gümüş medal
Zeynəb Məhəmmədli Sumqayıt şəhər Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyinin 11-ci sinif şagirdi – bürünc medal
Raiq Babazadə – Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi – həvəsləndirici mükafat