Doktorantlar üçün elmi-metodoloji seminar keçirilib

Tarix: 06.07.2026
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) doktorantların elmi-tədqiqat fəaliyyətinin metodoloji cəhətdən dəstəklənməsi və elmi hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti elmi-metodoloji seminar təşkil olunub.

Seminarın spikeri ARTİ-nin Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya elmləri doktoru, dosent Elxan Bəylərli olub. O, “Eksperimentin təşkili, aparılması və ümumiləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Təqdimat zamanı eksperimental tədqiqatların elmi-metodoloji əsasları, eksperimentin planlaşdırılması və təşkili prinsipləri, tədqiqat prosesində tətbiq olunan metod və prosedurlar, əldə olunan nəticələrin elmi cəhətdən təhlili, ümumiləşdirilməsi və interpretasiyası ilə bağlı nəzəri və praktik məsələlər ətraflı şəkildə şərh olunub. Eyni zamanda, eksperimental tədqiqatların aparılması zamanı elmi etika prinsiplərinə riayət edilməsinin, metodoloji dəqiqliyin təmin olunmasının və nəticələrin etibarlılığının artırılmasının əhəmiyyəti vurğulanıb.

Seminar interaktiv müzakirələr şəraitində davam edib, doktorantları maraqlandıran suallar cavablandırılıb, elmi-tədqiqat fəaliyyətində rast gəlinən metodoloji çətinliklər ətrafında fikir mübadiləsi aparılıb.