TÜBİTAK BİDEB-in dəstəyi ilə Atatürk Universitetində Türkiyə-Azərbaycan Kimya Olimpiadaları Milli Komanda Düşərgəsi təşkil edilib. Düşərgə iştirakçıları ilə görüşən Atatürk Universitetinin rektoru Ahmet Hacımüftüoğlu öz çıxışında bildirib ki, elmin universal dili ilə qurulan bu güclü əməkdaşlıq təkcə tələbələrin beynəlxalq uğurlarına töhfə vermir, həm də Türkiyə və Azərbaycan arasındakı köklü qardaşlıq bağlarını akademik sahədə daha da möhkəmləndirir.
Qeyd edək ki, Azərbaycan və Türkiyə kimya olimpiada komandaları Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək beynəlxalq müsabiqəyə birlikdə hazırlaşırlar. Bu təşəbbüs elmlə məşğul olan gənclərin peşəkar səviyyədə yetişməsinə, beynəlxalq elmi əməkdaşlıqların inkişafına və iki ölkənin ortaq gələcəyinə dəyər qatan layihələrin davamıdır.
Komandalarımıza uğurlar arzulayırıq.