ARTİ tərəfindən ADA məktəbinin riyaziyyat müəllimlərinə imtahanlar keçirilməyə başlanılıb

Tarix: 17.06.2022
Paylaş:

ARTİ tərəfindən ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA məktəbinin riyaziyyat müəllimlərinə  peşəkar inkişaf bacarıqlarının müvafiq tələblərə uyğunlaşdırılması məqsədi ilə imtahanlar (MİQ/Sertifikasiya) keçirilməyə başlanılıb. 

Özəl məktəblərin müəllimləri qiymətləndirmək və peşəkar inkişaf ehtiyaclarını müəyyən etmək üçün ARTİ-yə müraciət etmələri fəaliyyətimizə inamın göstəricisidir. 

Təşəbbüs üçün ADA Universitetinə təşəkkür edirik!