Kompüter leksikoqrafiyasının problemləri və perspektivləri: maşın tərcüməsi

Tarix: 09.07.2026
Paylaş:



Bir qrup azərbaycanlı alimin “Kompüter leksikoqrafiyasının problemləri və perspektivləri: maşın tərcüməsi” (“Problems And Perspectives Facing Computer Lexicography: Machine Translation”) adlı məqaləsi beynəlxalq indekslərə malik “Beynəlxalq xüsusi təhsil jurnalı”nda (The International Journal of Special Education, Poland) yayımlanıb. ARTİ-nin Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin direktoru, filologiya elmləri doktoru Aynur Paşayeva, Jalə Məmmədova (SDU), Sevinc Qəmbərova (BBU), Aytən Məmmədova (SDU), Arzu Bayramova (SDU), Aynurə Bağırova (SDU) imzalı məqalədə süni intellekt vasitəsilə edilmiş tərcümələrin problemləri, perspektivləri, tərcüməşünaslığa yeni baxış kimi mövzular araşdırılır.

Məqalə ilə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

Problems And Perspectives Facing Computer Lexicography Machine Translation