Təhsil İnstitutunun Təhsildə innovasiyalar şöbəsi aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir!
AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTİTUTU
Təhsildə innovasiyalar şöbəsi
APARICI MÜTƏXƏSSİS VAKANSİYASI
Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsildə innovasiyalar şöbəsi təhsil sahəsində tədqiqatların aparılması, innovativ təşəbbüslərin hazırlanması, yerli və beynəlxalq layihələrin həyata keçirilməsi və təhsil siyasətlərinin formalaşdırılması proseslərinə töhfə verəcək aparıcı mütəxəssis vəzifəsinə əməkdaş axtarır.
Əsas vəzifə öhdəlikləri
- Təhsil sahəsində keyfiyyət və kəmiyyət əsaslı tədqiqatların aparılması;
- Yerli və beynəlxalq elmi mənbələrin, hesabatların və təhsil təcrübələrinin araşdırılması, təhlil edilməsi və hesabatların hazırlanması;
- Təhsil siyasətlərinin, konseptual sənədlərin, strategiyaların və fəaliyyət planlarının hazırlanması prosesində işçi qrupunun üzvü kimi iştirak;
- Yerli və beynəlxalq layihələrin, proqramların və tapşırıqların planlaşdırılması və həyata keçirilməsinə dəstək göstərilməsi;
- Təhsil sahəsində innovativ yanaşmaların və beynəlxalq təcrübələrin öyrənilməsi;
- Seminarların, görüşlərin, müzakirələrin və digər peşəkar tədbirlərin təşkilinə dəstək göstərilməsi;
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun digər tapşırıqların yerinə yetirilməsi.
Minimum tələblər:
- Təhsil sahəsində iki ildən artıq iş təcrübəsi;
- İngilis dili üzrə minimum C1 (CEFR) səviyyəsi;
- Təhsil, pedaqogika, təhsilin idarə olunması, sosial elmlər, statistika və ya əlaqəli sahə üzrə magistr dərəcəsi;
- Təhsil sahəsində tədqiqat aparmaq və elmi mənbələrlə işləmək bacarığı;
- Tədqiqat metodologiyası, məlumatların toplanması və təhlili ilə bağlı bilik və bacarıqlar;
- Azərbaycan dilində aydın, düzgün, strukturlu və analitik yazı bacarığı;
- İngilis dilində ünsiyyət, elmi və peşəkar mənbələri oxumaq, anlamaq və işləmək bacarığı;
- Hesabat, analitik arayış, təqdimat və digər peşəkar sənədləri hazırlamaq bacarığı;
- Microsoft Office proqramlarından sərbəst istifadə;
- Komandada işləmək, tapşırıqları planlaşdırmaq və müəyyən edilmiş müddətə riayət etmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik, təşəbbüskarlıq və yüksək təşkilatçılıq qabiliyyəti.
Üstünlük verilir:
- Təhsil tədqiqatlarının və ya təhsil layihələrinin həyata keçirilməsində iştirak təcrübəsi;
- Keyfiyyət və kəmiyyət məlumatlarının təhlili üzrə praktiki təcrübə;
- Statistik məlumatların təhlili üçün müvafiq proqramlardan istifadə bacarığı;
- Təhsil siyasətləri, kurikulum, müəllimlərin peşəkar inkişafı, qiymətləndirmə və təhsildə innovasiyalar sahələrindən biri üzrə təcrübə;
- Elmi məqalə, tədqiqat hesabatı, metodiki və ya analitik materialların müəllifliyi;
- Süni intellekt və rəqəmsal tədqiqat alətlərindən məqsədyönlü istifadə bacarığı.
Biz nə təklif edirik?
ARTİ-də işləmək ölkənin təhsil sistemində həyata keçirilən mühüm dəyişikliklərə və innovativ təşəbbüslərə birbaşa töhfə vermək imkanıdır:
- Ölkənin təhsil siyasətlərinin və strateji sənədlərinin hazırlanmasında iştirak;
- Milli əhəmiyyətli təhsil tədqiqatları və layihələri üzrə iş təcrübəsi;
- Yerli və beynəlxalq ekspertlər və təşkilatlarla əməkdaşlıq imkanı;
- Tədqiqat, layihələrin idarə olunması və analitik yazı bacarıqlarının inkişaf etdirilməsi;
- Təlimlərdə, seminarlarda, konfranslarda və peşəkar müzakirələrdə iştirak;
- İnnovativ ideya və təşəbbüslərin həyata keçirilməsi üçün peşəkar mühit.
Kimi axtarırıq: gözlədiyimiz iş yanaşması
- Öyrənməyə və dəyişikliyə açıqlıq – öz üzərində davamlı işləyən, “daha yaxşısı necə olar” deyə soruşan;
- Texnoloji yeniliklərə həssaslıq – süni intellekt daxil olmaqla müasir alətləri izləyən və işində tətbiq edən;
- Data və sübut əsaslı qərarvermə – fikirlərini şəxsi qənaətlə deyil, məlumat və tədqiqatlarla əsaslandıran;
- Düşünülmüş təşəbbüskarlıq – yeni yanaşmaları sınamaqdan çəkinməyən, səhvdən öyrənən.
İş şəraiti
İş rejimi: tam ştat
İş qrafiki: həftədə 5 gün, saat 9:00-18:00
Ünvan: Bakı şəhəri, Afiyəddin Cəlilov küçəsi, 86
Müraciət qaydası
Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini 10 avqust 2026-cı il tarixinədək hr@arti.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-poçtun mövzu sətrində “Təhsildə innovasiyalar şöbəsi – aparıcı mütəxəssis” yazılmalıdır.
Daxil olmuş CV-lər nəzərdən keçiriləcək və yalnız vakansiyanın tələblərinə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
Bərabər imkanlar
ARTİ bütün namizədlərə cinsindən, yaşından, dinindən, fiziki imkanlarından və digər fərqlərindən asılı olmayaraq bərabər imkanlar təqdim edir.