Təhsil İnstitutunun əməkdaşı Tufandağ zirvəsinə qalxıb

Tarix: 27.07.2026
Paylaş:

Bu günlərdə ARTİ-nin Tədris resursları şöbəsinin əməkdaşı Eldəniz Xocazadə bir qrup təcrübəli alpinistlə bərabər Tufandağ zirvəsinə qalxıb. Həmkarımız bu zirvədə Azərbaycan bayrağını dalğalandırıb.

Qeyd edək ki, Böyük Qafqaz dağlarının ən yüksək zirvələrindən biri olan Tufandağ Qusar, Qəbələ və Quba rayonlarının sərhədində yerləşir. Bazardüzü (4466 m) və Şahdağ (4243 m) zirvələrindən sonra Azərbaycanın üçüncü ən yüksək zirvəsi (4191 m) hesab olunur.