Şagirdlərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 3 bürünc medal qazanıblar

Tarix: 30.07.2026
Paylaş:



24-30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğurla iştirak ediblər.

Bürünc medallarla vətənə dönən şagirdlərimizi siz də tanıyın:
Tuncay Paşayev – Bakı şəhər fizika, riyaziyyat, informatika təmayüllü liseyin 9-cu sinif şagirdi
Mahmud İsalı – Bakı şəhər kimya, biologiya təmayüllü liseyin 9-cu sinif şagirdi
Vaqif Abdullayev – Göyçay şəhər 3 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi

Bu il 25 ölkədən 100 məktəblinin iştirak etdiyi olimpiada (EJOI) informatika üzrə nüfuzlu yarışlardan sayılır. Ciddi rəqabət şəraitində inamlı mübarizə aparıb medal qazanmış şagirdlərimizi təbrik edir, onlara növbəti müsabiqələrdə daha böyük uğurlar arzulayırıq.

Qeyd edək ki, Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz 2017-ci ildən etibarən iştirak edirlər və indiyədək 4 gümüş, 14 bürünc medal qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir.