Beynəlxalq İnformatika Olimpiadasında məktəblilərimizin uğuru!

Tarix: 17.08.2026
Paylaş:

 

 

9-16 avqust tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2026) məktəblilərimiz 3 bürünc medal qazanıblar.

Bürünc medalçılarımız:

🥉 Həsən Vəliyev – 157 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi

🥉 Əkbər Əhmədov – Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi

🥉 Əhməd Qəmbərli – Bakı Türk Anadolu liseyinin 11-ci sinif şagirdi

Qeyd edək ki, İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.