Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO) ölkəmizi təmsil edəcək şagirdlərin müəyyənləşdirilməsi məqsədilə ilkin seçim imtahanı keçiriləcək.
İmtahanda ötən tədris ilində kimya, fizika və biologiya fənləri üzrə Respublika Fənn Olimpiadalarının final mərhələsində iştirak etmiş və 31 dekabr 2026-cı il tarixinədək 16 yaşı tamam olmayan şagirdlər iştirak edə bilərlər.
İmtahanın keçirilmə tarixi: 20 sentyabr 2026-cı il
Başlama vaxtı: 11:00
Məkan: Təhsil Texnologiyaları Mərkəzi (Fətəli xan Xoyski prospekti, 109)
İştirakçılar saat 10:30-dan gec olmayaraq imtahan keçiriləcək məkanda olmalıdırlar. İmtahanda iştirak üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi mütləqdir.
Müvafiq meyarlara cavab verən şagirdləri ilkin seçim imtahanına dəvət edirik!