Peşə təmayüllü siniflərdə fəaliyyət göstərəcək qrup rəhbərlərinə təlim keçirilib

Tarix: 16.09.2026
Paylaş:

Peşə təmayüllü siniflərdə təhsilin keyfiyyətinin artırılması, idarəetmə və pedaqoji səriştələrin gücləndirilməsi məqsədilə qrup rəhbərləri üçün 10–11 sentyabr tarixlərində təlimlər təşkil olunub. Təlimdə 81 qrup rəhbəri iştirak edib.

Təlim proqramı çərçivəsində korporativ mədəniyyət, işgüzar kommunikasiya, rəqəmsal sənədləşmə, dərsin planlaşdırılması və obyektiv qiymətləndirmə mövzularında interaktiv sessiyalar keçirilib, praktiki tapşırıqlar icra olunub.